isaznow.com
Az Iw En Ru

Sabah hava necə olacaq?

Noyabrın 6-da Bakı və Abşeron yarımadasında hava şəraitinin gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Kanal24.az-a verilən məlumata əsasən, səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-6, gündüz 9-14 dərəcə isti olacaq.

 
Azərbaycanın rayonlarında sabah isə sabah hava şəraitinin gündüz yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Lənkəran-Astara zonasında isə isə çiskin olacağı ehtimal olunur. Qərb küləyi əsəcək.
 


Havanın temperaturu gecə 1-6, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq.


23:43 05.11.2014