isaznow.com
Az Iw En Ru

Suriyada silahlar susmur

Suriyanın Türkiyə sərhədi yaxınlığındakı Kobani qəsəbəsində İraq-Şam İslam Dövləti (IŞİD) təşkilatı və peşmergələr arasındakı qarşıdurmalar bütün şiddətiylə davam edir.

Kanal24-ün  əldə etdiyi məlumatlara əsasən, həmin bölgədən gələn xəbərlər, IŞİD təşkilatı peşmergə sayının daha az olduğu bölgənin cənub və qərbində hücumlarını sıxlaşdırıb.

Bu vaxt İnsan Haqqları İzləmə Təşkilatının (Human Rights Watch) nümayiş etdiyi bir hesabatda IŞİD təşkilatının saxladığı uşaqların işgəncəyə məruz qaldığı bildirilib. Terror təşkilatı ötən may ayında, yaşları 14 ilə 16 arası, 150-dən çox uşağı qaçırıb, dörd ay içərisində isə hamısını qruplar halında sərbəst buraxıb. Hesabatda, uşaqların bu müddət boyunca xortum və elektrik xəttləri ilə döyüldüklərini, işgəncə əsnasında IŞİD təşkilatının edam videolarını seyr etməyi məcbur söylədiyi yazılıb.

Hesabatda ayrıca qaçırılan uşaqlardan 15-nin peşmərgənin əlindəki IŞİD üzvləri ilə mübadilə edildiyi də bildirilib.

Qeyd edək ki, Kobaninin yaxınlığında Suriyanın müxtəlif bölgələrində də silahlar susmur. 


Müəllif: Şahidə Tapdıq
21:04 05.11.2014