isaznow.com
Az Iw En Ru

Meksika bələdiyyə başçısı və həyat yoldaşı həbs olundu

Kanal24-ün verdiyi məlumata görə, Meksikada itən 43 şagirdin haqqında həbs əmri çıxaran İguala Bələdiyyə Başçısı Jose Luis Abarca və həyat yoldaşını tutulub. Tələbə itməsinin ardından özləri də itgin düşən cütün, paytaxt Mexiko şəhərində kirayə qaldıqları yerdə federal polis tərəfindən nəzarətə alındıqları bildirilib.

Qeyd edək ki, Abarca, etiraz təşkil etmək məqsədiylə Iguala'ya doğru yola çıxan 43 şagirdin qarşısını almaq üçün polisə müdaxilə əmri verməkdə günahlandırılıb.

Şahidlərin sözlərinə görə, tədbirlər zamanı polis maşınlarına mindirilən şagirdlərdən 26 Sentyabrdan bu yana xəbər alına bilmir.


Müəllif: Şahidə Tapdıq
21:25 05.11.2014