

Rusiya tərəfdarı separatçıların təktərəfli müstəqillik elan etdikləri, Donetsk və Luhansk'ta seçkiyə getmələri üçün Dövlət Başçısı Petro Poroşenko, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasını ətrafına toplayıb.
Seçkiləri "masqaralıq" olaraq qiymətləndirən Poroşenko, bölgədəki hərbi tədbirləri artıracaqlarını bildirib:
"Bugünkü təhlükəsizlik Şurasında alınan qərarlardan biri də, kəşf və təxribat üçün hərəkət edən qrupların qarşısını alacaq nəzarət nöqtələrinin gücləndirilməsi üçün olacaq."
Qeyd edək ki, seçkilərin sülhü təhlükəyə atdığını ifadə edən Poroşenko, Sentyabr ayında əldə olunan Minsk Razılaşmasını lazımınca üsyançıların əlindəki bölgələrə verilən xüsusi statusu geri ala biləcəklərini açıqlayıb.
Donetskte prezident seçkisinin qalibi elan olunan Aleksandr Zaharçenko bir konsert salonunda təşkil edilən and mərasimiylə vəzifəsinə başlayıb.
Bildirək ki, Luhansktdakı seçkilərin qalibi isə İqor Plotnitski olub.
Amerika Birləşmiş Ştatları və Avropa Birliyi seçkilərinin qeyri-qanuni olduğunu açıqlasdığı halda, Rusiya seçkiləri tanıyacağını bildirib.