isaznow.com
Az Iw En Ru

Beyin xərçəngi olan 29 yaşlı Amerikalı aktirisa radikal qərar aldı

Kimyaterapiya görməyəcək, yaşam haqqını istifadə edəcəkdi. Ictimaiyyətdə müzakirə yaradan Britanny Maynard, həkim nəzarətində həyatına son verdi.

Yanvar ayında beyin xərçəngi diaqnozu qoyuldu, həkimlər 6 ay ömrü qaldığını söylədi. O da, həyat yoldaşı və ailəsi ilə radikal bir qərar aldı. Maynard, kimyaterapiya müalicəsi görməyəcək, "şərəfli ölüm" deyə adlandırdığı yaşam haqqını istifadə edəcəkdi. Yəni öz həyatına son verəcəkdi. Buna görə yoldaşıyla Kaliforniyada, qanunu həkim nəzarətində imkanı tapdığı Oreqon Portland şəhərinə gedib. Bir aktirisa olaraq "şərəfli ölümü" müdafiəsi onu ölkədə müzakirənin mərkəzinə yerləşdirdi. Xüsusilə dini qruplar, Maynard'ı tənqid etdi. O, müzakirələrdən narahat idi.

Özünə bir tarix təyin elədi. 26 Oktyabr da yoldaşının ad gününü qeyd edəcək, ardından həyatına son verəcəkdi. Ailə spikeri, Maynard'ın ailəsi və dostlarının olduğu bir mühitdə, həkim nəzarətində həyatını sonlandıracak dərmanı içib, həyata gözlərini yumduğunu açıqladı. 29 yaşındakı gənc qadın ölmədən əvvəl Facebookda son bir vida mesajı nəşr etdi: "Sevgili dostlarım və çox sevdiyim ailəm hamınız sağ olun. Bu gün, xəstəliyim qarşısında '' şərəfli ölüm''ü seçdiyim son gündür. Bu qorxunc beyin xərçəngi məndən çox şey aldı. Amma mən daha çoxunu aparacağam. Bu dünya gözəl bir yer, gəzmək ən yaxşı müəllimim oldu, yaxın yoldaşlarım və dostlarım ən yaxşı insanlar oldu. Yatağımın ətrafında yazdığım kimi bir dəstək çemberinin belə var. Xoşcaqal dünya. Ətrafınıza müsbət enerji yayın, ətrafınızdakılara yaxşılıq edin! "


Müəllif: Şahidə Tapdıq
21:31 05.11.2014