

Azərbaycan Turizm İnstitutunda (ATİ) ölkəmizdə bu ilin sentyabrından nəşr olunan “National Geographic Azerbaijan” jurnalının təqdimatı olub.
ATİ-nin mətbuat xidmətindən Kanal24.az-a bildirilib ki, tədbirdə jurnalın baş redaktoru Seymur Teymurov “National Geographic” jurnalının yaranma tarixindən danışıb. Bildirilib ki, jurnalın nəşrinə ilk dəfə 1888-ci ildə “National Geographic” Cəmiyyətinin dəstəyi ilə başlanılıb. Altmış milyondan çox oxucu auditoriyasına malik jurnalı 40 dildə oxumaq mümkündür. Elm, səyahətlər və turizmi təbliğ edən, ən məşhur brendlərdən sayılan jurnal Azərbaycanda 30 min tirajla nəşr edilir.