isaznow.com
Az Iw En Ru

Yük maşınının vurduğu ziyan

Ötən gün Zığ-Aeroport şosesində hava limanından Zığ dairəsi istiqamətinə gedən yolun 19-cu kilometrliyində baş vermiş yol qəzası nəticəsində dəyən ziyanın miqdarı bəlli olub.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Kanal24-ə bildirib ki, qəzanın baş verdiyi ərazi dərhal təmizlənib, qaldırıcı kran vasitəsilə aşan avtomobil ərazidən uzaqlaşdırılıb: “Sürücü hadisə yerini tərk etdiyi üçün protokol tərtib edə bilmədik”.

P.Mürsəliyev qeyd edib ki, 24 poqonmetr əyri xətli tir sıradan çıxıb: “Yol təsərrüfatına 4 min manata yaxın ziyan dəyib”.


01:31 07.11.2014