isaznow.com
Az Iw En Ru

Oğuzda yol qəzası

Kanal24.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Oğuz rayonu, Bucaq kəndində "ZİL" markalı yük avtomobili ilə "Volkswagen" markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.

Nəticədə minik avtomobilinin sürücüsünün sıxılmış meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılmış və aidiyyəti üzrə təhvil verilib.


17:08 07.11.2014