isaznow.com
Az Iw En Ru

Qızıl Xaçın nümayəndələri Dilqəm Əsgərovla və Şahbaz Quliyevə baş çəkdi

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Kəlbəcərdə girov götürülmüş, hazırda Xankəndində qondarma ittihamlarla günahlandırılan soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər.

Kanal24.az xəbər verir ki, bu barədə Modern.az-a BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqə şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

Onun sözlərinə görə, sayca 6-cı olan başçəkmə noyabrın 5-də baş tutub.

BQXK-nın nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlılara ailə məlumatları çatdırıb və onlardan da ailələri üçün məlumat alınıb. Ailələrə çatdırılan məlumatlar şəxsi olduğundan onlar barədə ictimaiyyətə açıqlama verilmir.

Komitə rəsmisi qeyd edib ki, Qızıl XaçKomitəsi öz mandatına uyğun olaraq saxlanılan şəxslərlə görüşləri davam etdirəcək.

Qeyd edək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev bu il iyunun 29-da yaxınlarının qəbirlərini ziyarət etmək üçün doğma yurdlarına - Kəlbəcərin Şapılar kəndinə gedərkən işğalçı Ermənistan ordusu tərəfindən girov götürülüblər. Girov götürülərkən onlarla getmiş digər mülki azərbaycanlı Həsən Həsənov öldürülüb, onun meyiti danışıqlardan sonra Azərbaycana qaytarılıb və dəfn olunub. 

Ermənilərin təxribatçı adlandırdığı  Şahbaz Quliyev və Dilqəm Əsgərov bir neçə maddə ilə ittiham olunurlar.

 

 

 


Müəllif: Habil Qafarov
20:07 07.11.2014