

Bakının Xətai rayonunda yaşayış binasında yanğın baş verib.
Kanal24-ün məlumatına görə, yanğın metronun "Xətai" stansiyası yaxınlığında, Süleyman Vəzirov küçəsindəki hündür mərtəbəli binanın yuxarı mərtəbəsində baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri cəlb olunub. Sakinlər binadan təxliyə olunub.