isaznow.com
Az Iw En Ru

BŞİH Milli Şuranın mitinqiylə bağlı məsələyə aydınlıq gətirdi

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinqinin tarixinin dəyişməsi barədə məsələyə aydınlıq gətirib.

BŞİH-dən Kanal24-ə verilən məlumata görə, Milli Şuradan BŞİH-ə ünvanlanmış müraciətdə mitinq üçün noyabrın 9-10-u tarixləri göstərilib. BŞİH müracəti araşdıraraq, mitinqin noyabrın 9-da keçirilməsinə razılıq verib.

Milli Şura isə rəsmi məktuba baxmadan, mətbuata noyabrın 10-da mitinq keçiriləcəyi barədə məlumatlar verib.


22:07 07.11.2014