isaznow.com
Az Iw En Ru

Dövlət Bayrağı Günü münasibətilə Beyləqanda yürüş keçirilib

Dövlət Bayrağı Günü ilə əlaqədar Beyləqan şəhərində keçirilən tədbir gənclərin, məktəblilərin, əsgərlərin, əmək kollektivlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin uzunluğu 150 metrə çatan üçrəngli bayraqla mərkəzi meydandan Heydər Əliyev Mərkəzinədək yürüşü ilə başlayıb.
AzərTAc xəbər verir ki, Heydər Əliyev Mərkəzinin qarşısında keçirilən tədbirdə çıxış edənlər dövlət bayrağının tarixindən danışıblar.
Çıxışlarda 2010-cu il sentyabrın 1-də Bakı şəhərində Dövlət Bayrağı Meydanının açılmasından və dünyanın ən uca bayrağının Azərbaycanda dalğalanmasından bəhs edilib, Prezident İlham Əliyevin Sərəncamı ilə hər il noyabrın 9-nun ölkədə Dövlət Bayrağı Günü kimi qeyd olunmasının əhəmiyyəti vurğulanıb.
Tədbir “Mil” Xalq Çalğı Alətləri ansamblının ifasında bayram konserti ilə başa çatıb.


22:51 07.11.2014