isaznow.com
Az Iw En Ru

Müəmmalı ölüm faktı ilə bağlı cinayət işi açıldı

Gəncədə mənzildə əllləri və ayaqları bağlı vəziyyətdə yanmış meyitinin aşkar edilməsi faktı ilə bağlı cinayət işi başlanıb. Bunu Trend-in sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib.

Onun sözlərinə görə, Gəncə şəhər sakini 1967-ci il təvəllüdlü Pərvanə İsmayılovanın yaşadığı mənzildə əllləri və ayaqları bağlı vəziyyətdə yanmış meyitinin aşkar edilməsi faktı ilə bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb: "Gəncə Şəhər Baş Polis İdarəsi və Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. İş üzrə zəruri ekspertizalar təyin edilib. Cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir”.


23:19 07.11.2014