isaznow.com
Az Iw En Ru

Bıçaqla birini öldürdü, digərini isə yaraladı

Bakının Əmircan qəsəbəsində iki nəfəri bıçaqlamış şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Kanal24-ə verilən məlumata görə, noyabrın 8-də Suraxanı rayonunun Əmircan qəsəbəsindən qəsəbə sakinləri Arif Abbasov və Şahrza Mirzəyev kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilib. Həkimlərinə səyinə baxmayaraq, Ş.Mirzəyevin həyatını xilas etmək mümkün olmayıb və o, xəstəxanada ölüb.

Suraxanı rayon Polis İdarəsi 31-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş qəsəbə sakini Rövşən Əliyev tutulub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma gedir.


21:23 10.11.2014