

Kanal24.az xəbər verir ki, noyabrın 9-da Milli Qəhrəman Mübariz İbrahimov adına "Gənc Nəqliyyatçılar" klubu və Ümumrusiya Azərbaycan Konqresinin tərkibində olan AZƏRBAYCAN – ARAZ cəmiyyətinin birgə təşkilatçılığı ilə Minvod şəhərində yerləşən “Qafqaz” otelinin akt zalında Dövlət Bayrağı Günü”-nə həsr olunan bayram tədbiri keçirilib.
Tədbiri Miili Qəhrəman Mübariz İbrahimov adına "Gənc Nəqliyyatçılar" klubunun təsisçisi və sədri Fuad Rəsul açaraq Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladları, eləcə də ümummilli lider Heydər Əliyev bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Ümumrusiya Azərbaycan Konqresi tərkibində olan AZƏRBAYCAN – ARAZ cəmiyyətinin sədr müavini Təhmasib Zeynalov, tanınmış saz ifaçısı Azər Xanlaroğlu, iş adamı Məhərrəm Məmmədli,Minvod şəhərində yerləşən “Qafqaz” otelinin icraçı direktoru Amil Tağıyev, Milli Qəhrəman Mübariz İbrahimov adına "Gənc Nəqliyyatçılar" klubunun mətbuat katibi Nurlan Dumanoglu və Minvod şəhərində uzun müddət yaşayan Azərbaycanlı gənclər “Dövlət Bayrağı Günü” haqqında tədbir iştirakçılarına geniş məlumat veriblər.
Sonra tanınmış saz ifaçısı Azər Xanlaroğlu və “Karvan” qurupunun ifasında tədbir iştirakçılarına konsert proqramı təşkil olunub.