

Kanal24-ün Türkiyə mediasına istinadən verdiyi məlumata görə, hadisə Suriyanın Hələb şəhərində baş verib. Hökümət qüvvələrinin mühasirəyə aldığı bölgədə kiçik uşaqlar əsgərlərin hədəfi olub. Lakin uşaqlara atəş açanlar məqsədlərinə çata bilməyiblər. Belə ki, qardaş qorxaraq güllələr altında hərəkətsiz dayanmış bacısını dəhşətli hadisənin cəngindən xilas edir.