

Sina yarımadasındakı hücumları və şəhərlərdəki terror hərəkətləriylə Misirin ən təhlükəli terror qruplaşması olan Ənsar Beyt əl-Makdis, İŞİD lideri Bağdadiyə bağlılıq andı işib.
Kanal24 Modern.az-a istinadən xəbər verir ki, xarici KİV-nin yaydığı məlumata görə cihadçı İŞİD təşkilatı prezident Məhəmməd Mursinin geniş xalq dəstəyinə söykənən hərbi zərbəylə devrilməsinin ardından radikal güclərin üstünlük təşkil etdiyi Misirə də həmlələr etməyə başlayıb.
Ənsar Beyt əl-Makdis, İŞİD-ə bağlandığını elan edib:
“Qüdsün Tərəfdarları” mənasını verən təşkilat onlarla Misirli əsgər və polisi öldürüb. Twitter üzərindən nəşr olunan bir səs yazısında İŞİD lideri Əbu Bəkir əl Bağdadi üçün “İbrahim İbn Avad” ləqəbibi verən istifadəçi “Xəlifəyə bağlılılıq andımızı çatdırın. Onu dinləyib ona boyun əyəcəyik. Hər yerdəki müsəlmanları, xəlifəyə bağlanmağa və dəstək verməyə çağırırıq” deyib.