isaznow.com
Az Iw En Ru

Putin Çinin birinci ledisinə toxundu

Kanal24.az xarici KİV-nə istinadən xəbər verir ki, noyabrın 10-da başlayan Asiya-Sakit Okean İqitsadi Forumunda Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə qalmaqal yaranıb. Qalmaqala səbəb Rusiya prezidentinin Çin Xalq Respublikasının sədri Si Çzinpinin xanımı Pen Liyuanın çiynini isti şalla örtməsi olub. 

Qərb mediası Avropada Putinin bu hərəkətinin alicənablılıq kimi qəbul olunduğunu, Çində başqa qadına toxunmağın böyük ədəbsizlik sayıldığını xatırladıb. Digər tərəfdən, Putinin diplomatiyanın yazılmamış qanununu - “heç vaxt başqa diplomatın qadınına toxunma” qaydasını pozduğu iddia olunur.


21:27 11.11.2014