

Kanal24.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Parkın ərazisində 1 nəfər kişi intihar etmək məqsədilə özünü dənizə atıb.
Dərhal hadisə yerinə cəlb edilmiş nazirliyinin dalğıc-xilasediciləri həmin şəxsi sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.