isaznow.com
Az Iw En Ru

Azərbaycan Ermənistan vertolyotunu vurdu

Azərbaycan Silahlı Qüvvələri Ermənistan Ordusunun vertolyotunu vurub. 

 

Kanal24.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya məlumat cəbhə bölgəsindən daxil olub. Məlumata görə, bu dəqiqələrdə cəbhənin Ağdam istiqamətində, Çəmənli kəndinin ərazisində hava sərhədini pozan Ermənistan tərəfinə məxsus vertolyot vurulub.

Vertolyot Azərbaycan Ordusunun nəzarət etdiyi əraziyə düşüb və hazırda ərazidə tüstüləyir.

Azərbaycanın Müdafiə Nazirliyindən faktı “Qafqazinfo”ya təsdiqləyiblər. Əlavə məlumat veriləcək.


23:30 12.11.2014