isaznow.com
Az Iw En Ru

"İŞİD"in 17 ölkədən olan 33 üzvü məhv edilib

İraq ordusu ölkənin Diyala əyalətində yerləşən əl-Əzim su bəndini və ətraf bölgələri “İŞİD”dan geri alıb.

 "əl-Aləm"-in verdiyi xəbərə görə, ordu qüvvələri bu hücumda “İŞİD”ın ən azı 33 silahlısını öldürə biliblər. Məlumata görə, öldürülən silahlılar 17 ölkənin vətəndaşlarıdır. Burada Fələstin, Çeçenistan, Orta Asiya və digər ölkələrin terrorçu vətəndaşları da var.

Məlumata əsasən, "İŞİD"in bu bölgədəki nümayəndəsi Əbu Ənəs əl-Filistini də öldürülüb.


23:43 13.11.2014