isaznow.com
Az Iw En Ru

“20 Yanvar” dairəsi istiqamətində tıxac olmayacaq?

Paytaxtın Tbilisi prospektində, kənar yolda Cavadxan küçəsi ilə kəsişmədən “20 Yanvar” dairəsi istiqamətində avtomobil yolu genişləndirilir. Bu isə ərazidə yaranan avtomobil tıxacının aradan qaldırılmasında mühüm vasitə olacaq.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Kanal24-ə bildiriblər ki, bununla əlaqədar həmin yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Sürücülərə alternativ olaraq Tbilisi prospektində əsas yoldan (yol ötürücüsü ilə) və Cavadxan küçəsindən istifadə etmələri tövsiyə edilir.


19:03 15.11.2014