

Nobel prospekti Zığ şossesi istiqamətində ("Ağ şəhər"in qarşısı) aparılan qazıntı işləri ilə əlaqədar yolun 3 zolağında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Kanal24.az-ın Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə istinadən verdiyi məlumata görə, sürücülərə alternativ olaraq Babək prospektindən istifadə etmələri tövsiyə olunur.