

“İslam Dövləti” terror təşkilatının üzvləri Suriyanın ət-Təbəqa şəhərində girov götürülmüş ABŞ vətəndaşı Piter Kassiq də daxil olmaqla, 13 əsgər və zabitin başını kəsib.
"Al Jazeera"nin verdiyi xəbərə görə, edam əsasən təşkilatın əcnəbi üzvləri tərəfindən həyata keçirilib.
Məlumata əsasən, ABŞ vətəndaşından əlavə başı kəsilən 12 nəfər Suriya ordusu və ona tərəfdar qüvvələrin hərbçiləridir.
Hazırda ABŞ hökuməti bu edam prosesində başı kəsilən şəxsin, həqiqətən, Piter Kassiq olub-olmadığını aydınlaşdırır.