isaznow.com
Az Iw En Ru

Qanlı döyüşdə qadının qulağını dişlədi

Hadisə Meksikada keçirilən "UFC 180" çempionatında baş verib. Kanal24-ün xarici mediaya istinadən verdiyi xəbərə görə, iki qadın döyüşçünün qarşılaşmasında Jessica Eye Leslie Smithə rəhm etməyib.

 

Qarşılaşmanın 2-ci dəqiqəsində Jessica Eye rəqibi Leslie Smithin qulaq nahiyyəsinə tutarlı zərbə vurub. Zərbənin təsirindən qadın döyüşçünün qulağı qırılıb. Lakin Jessica Eye rəqibinin qulağının qırıldığını görərək zədələnmiş qulağa daha da sarsıdıcı zərbələr vurmağa başlayıb. İdmançının daha da ağır travma almasının qarşısını almaq üçün hakimlər görüşü dayandırıblar.


20:31 18.11.2014