isaznow.com
Az Iw En Ru

Avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Bu axşam saat 22:00-da Bakının üç küçəsində hərəkət qismən məhdudlaşdırılacaq.

Bunu Kanal24-ə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

P.Mürsəliyev deyib ki, yolun hərəkət hissəsinin üfüqi nişanlanması (xətlənməsi) ilə əlaqədar M. Lermontov, Teymur Elçin və Mehdi Hüseyn küçələrində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq olunacaq.

İşlər yaxın bir neçə saat ərzində başa çatdırılacaq.


22:30 18.11.2014