Azərbaycanda jurnalist dəm qazından boğulub.
Kanal24-ün Azinform.az-a istinadən xəbər verir ki, bir neçə saat bundan əvvəl «Bakı-Xəbər» qəzetinin əməkdaşı Günel Cəlilova yaşadığı evdə dəm qazından boğulub.
Jurnalistin ailəsi xəbəri təsdiqləyib. Hadisə evin hamamında baş verib və Günel Cəlilovannı xilas etmək mümkün olub. Ağır vəziyyətdə olan jurnalist Hövsan qəsəbəsindəki poliklinikaya çatdırılıb.
Hazırda jurnalistin vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Alladan həmkarımıza şəfa diləyirik.
09:36 19.11.2014