isaznow.com
Az Iw En Ru

Xəzər dənizində daim sülh, dostluq və faydalı əməkdaşlıq mühiti hökm sürməlidir

Rusiya Dövlət Dumasının sədri Serqey Narışkin noyabrın 18-də Tehranda İran İslam Respublikasının Mənafeyini Müəyyənləşdirmə Şurasının sədri Haşimi Rəfsancani ilə görüşüb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə yanaşı Xəzər dənizinin hüquqi statusuna da toxunulub.

H. Rəfsancani bildirib ki, İran ilə Rusiyanın iqtisadi və siyasi əlaqələrinin genişlənməsi Xəzər dənizinin hüquqi statusunun tezliklə müəyyənləşməsinə səbəb olar və sahilyanı dövlətlər daha sıx əməkdaşlıq əlaqələri yaradarlar.

İran rəsmisinin sözlərinə görə Xəzər dənizində daim sülh, dostluq və faydalı əməkdaşlıq mühiti hökm sürməlidir.

S.Narışkin deyib ki, rəsmi Tehranla Moskva arasındakı müttəfiqlik əlaqələri bölgədə sülhün qorunub saxlanılması üçün əhəmiyyətlidir./AzerTac/



09:40 19.11.2014