isaznow.com
Az Iw En Ru

DYP əməkdaşını vuran avtoş həbs edilib

Bakıda avtomobillə polis inspektorunu vurmuş sürücü tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Kanal24-ə verilən məlumata görə, noyabrın 18-də saat 01:15 radələrində, Xətai prospektində avtoxuliqanlıq edərək Yol Patrul Xidməti Alayının inspektoruna xəsarət yetirilib. Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, “Toyota” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini 1966-cı il təvəllüdlü Namik Xanəliyev tutulub.


20:00 19.11.2014