isaznow.com
Az Iw En Ru

İtkin düşmüş 6 nəfər evlərinə qayıdıb

Bakıda itkin düşmüş 6 nəfər polisin tədbirləri nəticəsində evlərinə qayıdıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Kanal24-ə verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, itkin düşmüş Firuzə Məmmədova qızı Melisa ilə birlikdə, Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, itkin düşmüş İbrahim Hüseynov, Nəsimi Rayon Polis İdarəsi 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, itkin düşmüş Güllü Ələkbərova, Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, itkin düşmüş Elçin Misirov, Xətai Rayon Polis İdarəsi 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, itkin düşmüş Ramil Babayev evlərinə qayıdıblar.


20:36 19.11.2014