

Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru İlqar Hacıyev Azərbaycandan Moskva şəhərinə səfərə gəlmiş Yeni Azərbaycan Partiyası NN üzrə Gənclər Təşkilatının sədri , Milli Qəhrəman Mübariz İbrahimov adına “Gənc Nəqliyyatçılar” klubunun təsisçisi və sədri Fuad Rəsulu ÜAK- ın Mərkəzi ofisində qəbul edib.
Qonaqları salamlayan Konqres rəhbəri ÜAK- ın fəaliyyəti haqqında gənclərə məlumat verərək bildirib ki, ÜAK Ümummilli lider Heydər Əliyevin xeyir duası ilə yaranmış və bu gün də Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyevin başçılığı altında uğurla davam etdirilir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev cənabları müstəqil Azərbaycanın prezidenti, həm də dünya azərbaycanlılarının lideridir.
Hal-hazırda Rusiyada fəaliyyət göstərən ən böyük Diaspor təşkilatının 80 dən çox Regional bölməsinin olduğunu qeyd edən İlqar Hacıyev Rusiyanın Azərbaycanlı Gənclər təşkilatlarının sədri, Heydər Əliyev Fondunun Vitse prezidenti Leyla xanım Əliyevanın Rusiyadakı fəaliyyətindən, gənclərə Rusiyanın Ali təhsil ocaqlarında təhsil alan azərbaycanlı tələbələrə dəstəyindən söz açıb.
Görüş çərçivəsində Konqres rəhbərliyinə Milli Qəhrəman Mübariz İbrahimov adına “Gənc Nəqliyyatçılar” klubu tərəfindən Fəxri Fərman təqdim edilmiş və ÜAK- ın icraçı direktoru İlqar Haciyevə göstərdiyi xüsusi diqqət və qayğıya görə klub adında təşəkkür bildirilib .
Görüşdə “Azərbaycan Slavyan Gəncləri Assosiasiyası”- nın Rusiya nümayəndəliyinin sədri Toğrul Allahverdili və “Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı” fondunun rəhbəri Şəmil Tağıyev iştirak edib. ÜAK- ın Mərkəzi ofisində qəbul edib.
Qonaqları salamlayan Konqres rəhbəri ÜAK- ın fəaliyyəti haqqında gənclərə məlumat verərək bildirmişdir ki, ÜAK Ümummilli lider Heydər Əliyevin xeyir duası ilə yaranmış və bu gün də Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyevin başçılığı altında uğurla davam etdirilir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev cənabları müstəqil Azərbaycanın prezidenti, həm də dünya azərbaycanlılarının lideridir.
Hal-hazırda Rusiyada fəaliyyət göstərən ən böyük Diaspor təşkilatının 80 dən çox Regional bölməsinin olduğunu qeyd edən İlqar Hacıyev Rusiyanın Azərbaycanlı Gənclər təşkilatlarının sədri, Heydər Əliyev Fondunun Vitse prezidenti Leyla xanım Əliyevanın Rusiyadakı fəaliyyətindən, gənclərə Rusiyanın Ali təhsil ocaqlarında təhsil alan azərbaycanlı tələbələrə dəstəyindən söz açıb.