

İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatına dəstək verən Nürəddin adlı bu şəxsin çıxışı təəccüb doğurur.
Kanal24 Türkiyə mediasına istinadən xəbər verir ki, İŞİD döyüşçüsü çıxışı zamanı Türkiyədəki seriallardan bezib, Suriyaya gəldiyini bildirir. O “Kurtlar Vadisi” və bu kimi serialların türklərin düşüncəsini pozduğunu qeyd edir. Videoda İŞİD döyüşçüsü hətta məhşur Türkiyəli aktyor Kamal Sunalı da tənqid edir. O, deyir ki, Sunal türk dünyasında mədəniyyətsiz, dinsiz və ateist bir insan kimi tanınmalıdır.