isaznow.com
Az Iw En Ru

"İŞİD"ə ağır zərbələr endirildi

ABŞ qırıcıları Kərkuk əyalətinin 55 km cənub-qərbində yerləşən əl-Havica qəzası ərazisində iki kəndə aviazərbələr endirib. 

 

 “SumariyaNews”-nun yaydığı xəbərə görə, terrorçu qrupun mövqelərinə qarşı hava əməliyyatları bu gün səhər radələrində baş tutub. Aviazərbələr zamanı “İslam Dövləti” terror təşkilatının azı 55 üzvü məhv edilib. Ölənlərin arasında "İŞİD"in tanınmış komandirlərindən olan Əbu-Həsənin də olduğu bildirilir. Aviazərbələr şiddətli olduğundan "İŞİD"in 10-dan çox mövqeyi və hərbi texnikası sıradan çıxıb.

 

İraq ordusu da ötən gün əl-Ənbar əyalətində "İŞİD" mövqelərinə şiddətli avizərbələr endirib. İraqın müdafiə nazirliyi aviazərbələrin videogörüntüsünü yayımlayıb.


01:23 21.11.2014