isaznow.com
Az Iw En Ru

Helikopterdə ölən erməni hərbçilərin- Fotoları

Noyabrın 12-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulan Ermənistana məxsus Mi-24 helikopterində ölən ermənilərin fotosu yayılıb. 

Fotonu Ermənistan Müdafiə Nazirliyinin yaydığı bildirilir.

Azərbaycan hərbçisinin açdığı atəş nəticəsində helikopterdə olan 3 pilot-komandir Sergey Saakyan, baş leytenant Sarqis Nazaryan və leytenant Azat Saakyan vəfat edib. 

Qeyd edək ki, bu gün Ermənistan KİV-i cəsədlərin xüsusi əməliyyat nəticəsində həmin ərazidən götürülməsi ilə bağlı xəbər yayıb. Amma Azərbaycan Müdafiə Nazirliyi məlumatı təkzib edərək, bunu növbəti düşmən təxribatı kimi dəyərləndirib./Qafqazinfo/


05:01 23.11.2014