isaznow.com
Az Iw En Ru

Messi yeni rekorda imza atdı

“Barselona”nın hücumçusu Lionel Messi yeni rekorda imza atıb. 

 

Kanal24.az-ın Apasport.az-a istinadən məlumatına görə, Argentina millisinin üzvü İspaniya La Liqasının XII turunda evdə “Sevilya”nı məğlub etdikləri görüşdə adını tarixə yazdırıb.

Belə ki, Leo Kataloniya klubunun 5:1 hesabı ilə qalib gəldikləri matçda het-trik edərək, La Liqada ən çox qol vuran futbolçu adını qazanıb. 21, 73 və 78-ci dəqiqələrdə fərqlənən 27 yaşlı oyunçu qollarının sayını 253-ə çatdırıb.

Bununla da Messi 1940-1955-ci illər arasında Bilbao “Atletik”ində forma geyinmiş Telmo Sarranın 251 qolluq (277 oyun) rekordunu qırıb. Lionel İspaniya çempionatında bu topları 289 matçda rəqib qapılarından keçirib.  


18:41 23.11.2014