isaznow.com
Az Iw En Ru

“Qarabağ”ın rəqibi büdrədi

“Qarabağ”ın Avro Liqadakı rəqibi “İnter” İtaliya “A seriya”sında əzəli rəqib “Milan”la qarşılaşıb. 

 

Kanal24 xəbər verir ki, qarşılıqlı qollar sayəsində oyun 1-1 hesablı heç-heçə ilə başa çatıb.Jeremi Menez 23-cü dəqiqədə hesabı açaraq “Milan” önə keçirib. Lakin 61 –ci dəqiqədə Joel Obi “İnter”in bərabərlik qolunu vurub. Valter Matsarini əvəzləyən baş məşqçi Roberto Mançini “İnter”in sükanı arxasında ilk oyunda xal qazana bilib. Bu nəticədən sonra “Milan” 18 xalla 7-ci, “İnter” 17 xalla 9-cu sıradadır.


19:02 24.11.2014