isaznow.com
Az Iw En Ru

"Vulkan” hotelində törədilən qətlin isti izləri

Sumqayıt şəhər sakinini boğaraq hoteldə qətlə yetirmiş şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 20-də Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki “Vulkan” hotelinin hamam otağında Sumqayıt şəhər sakini Afaq Şükürovanın meyitinin tapılması ilə əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə (qəsdən adam öldürmə) cinayət işi başlanıb.

Binəqədi rayon Polis İdarəsi 6-cı polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mərhumu boğma yolu ilə qətlə yetirmiş qohumu - Kürdəmir rayon sakini Asim Ağamalıyev tutulub./TREND/


23:56 24.11.2014