isaznow.com
Az Iw En Ru

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tədbir keçirdi

Kanal24.az xəbər verir ki, noyabrın 21-də Azərbaycan Yazıçılar Birliyində "Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyinin təşkilatçılığı ilə tədbir keçirilib. Tədbir qardaş ölkədən Azərbaycana gələn Türkiyə Yazarlar Birliyinin Baş katibi İbrahim Eryigit, və "Birleşen Yürekler" Dərnəyinin Başkanı Yasemin xanımla görüşə həsr olunub. Görüşdə elm xadimləri, ziyalılar və digər şəxslər iştirak ediblər.

 

"Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyinin üzvü, "Birləşən Üreklər Əngəlllilər Kültur Sənət Ədəbiyyat Egitim Dərnəyi"nin Azərbaycan Respublikasındakı səlahiyyətli nümayəndəsi istedadlı şairə Nəzmiyyə Hicran qonaqları salamlayaraq bu tip görüşlərin keçirilməsinin qardaş ölkələrin mədəni tarixində mühüm izlər qoyduğunu önə çəkdi. 

Tədbirdə "Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyinin sədr müavini Həbib Misirov çıxış edərək bildirib ki, ölkə prezidenti İlham Əliyevin həyata keçirdiyi daxili və xaric siyasət nəticəsində Türkiyə-Azərbaycan əlaqələri bütün sahələrdə uğurla inkişaf edir. 

Görüşdə iştirak edən şairə Raifə Sərxanqızı, tanınmış şairlər-İlqar Türkoğlu, Südabə Sərvi, Balayar Sadiq, Arzu Nehrəmli, Aləmzar Əliyeva, Təranı Öztürk, AMEA-nın Nəbatat Bağının böyük elmi işçisi, yazıçı Sadıq Qarayev,"Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin sədri, "Ana harayı"qəzetinin baş redaktoru, "Tərəqqi"medalının mükafatçısı Şamil Sabiroğlu və digər ziyalılar Türkiyə-Azərbaycan əlaqələrinin möhkəmlənməsində ədəbiyyat və incəsənət xadimlərinin rolunu yüksək dəyərləndirdilər.

Tədbirdə Yasemin Meydan, "Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyinin Türkiyədə fəaliyyətinin qurulması üçün lazımi dəstək göstərməyə hazır olduğunu qeyd etdi. O, diplom və qiymətli hədiyyələri Azərbaycanın bəzi tanınmış ziyalılarına təqdim etdi.

Sonda xatirə şəkilləri çəkildi.


19:18 24.11.2014