isaznow.com
Az Iw En Ru

Apardı sellər Lənkəranı

Noyabrın 25-ə keçən gecə Lənkəran şəhəri ərazisində yağan yağışlar nəticəsində, Lənkəran şəhərində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə su dolmuş və vətəndaşların evdən çıxması çətinləşib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə yerinə xilasedicilər cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Keçirilmiş əməliyyat zamanı yağış sularının sakinlərə verə biləcək ziyan aradan qaldırılıb və 4 nəfər təhlükəsiz əraziyə köçürülüb.

Əməliyyat bu gün səhər saat 06:40-da başa çatıb.


19:05 25.11.2014