isaznow.com
Az Iw En Ru

Nazir Minsk qrupunun həmsədrləri ilə görüşəcək

Azərbaycanın xarici işlər nazir Elmar Məmmədyarov ATƏT üzv dövlətlərinin Xarici İşlər Nazirləri (XİN) Şurasının İsveçrənin Bazel şəhərində keçiriləcək 21-ci iclasında iştirak etmək üçün rəhbərlik etdiyi nümayəndə heyətinin müşayiəti ilə İsveçrədə səfərdədir.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Kanal24-ə verilən məlumata görə, səfər çərçivəsində E.Məmmədyarovun ATƏT üzv dövlətlərinin XİN Şurasının iclasında çıxışı, bir sıra ikitərəfli görüşləri və ATƏT Minsk qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub.


03:00 04.12.2014