isaznow.com
Az Iw En Ru

Türkiyədə ABŞ əsgərlərinin başına torba keçirən gənclərin həbsi istənilib

İstanbul prokurorluğu Türkiyədə səfərdə olan ABŞ əsgərlərinin başına torba keçirən 13 gəncin həbsini istəyib. Bu barədə Kanal24 Türkiyənin "TRT Haber" telekanalına istinadən məlumat verib.

Məlumata əsasən, 13 nəfəri 1 il 8 aydan 10 il 6 aya qədər həbs cəzası gözləyir.

Məlumat üçün bildirək ki , bu il Noyabr ayının 12 də Natonun hərbi təlimlərində iştirak edən USS ROSS (DDG71) adlı hərbi gəminin sahildə gəzən üç əsgərinin başına Türkiyə Gənclər Birliyi (TGB) üzvləri tərəfindən torba keçirilib. Təşkilat üzvləri bununla yanaşı ABŞ -ın bölgədə yürütdüyü siyasəti pisləyən şüarlar səsləndiriblər. TGB üzvləriunin bu aksiyasına ərtafadı vətəndaşlar da dəstək veriblər.


18:30 04.12.2014