Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan dekabrın 3-ü İsveçrənin Bazel şəhərində ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Ceyms Uorlik, Pyer Andryo və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə görüşüb. “Media forum” saytı xəbər verir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli prosesi müzakirə olunub. Erməni nazir Azərbaycan ordusunun noyabrın 12-si cəbhə xəttində hərbi vertolyotu vurmasından gileylənib, rəsmi Bakının ən yüksək səviyyədə militarist təbliğat apardığını iddia edib.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da Bazeldədir. O, ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək. Nazirin Minsk qrupu həmsədrləri ilə görüşü də nəzərdə tutulub.
20:00 04.12.2014