isaznow.com
Az Iw En Ru

Yaşlı və gənc nəsil arasında güclü fikir ayrılığı yaranıb- ARAŞDIRMA

Kanal24.az xəbər verir ki, “Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai Birliyi Azərbaycanın bir sıra rayon və şəhərlərində sorğu keçirib.

   Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşan layihə çərçivəsində ölkəmizin bir çox bölgələrində milli adət-ənənələrlə bağlı monitoringlər aparılıb. Monitorinqlərdə yaşlı nəsil “SOS” siqnalı verib.

Araşdırmalar nəticəsində məlum olub ki, qloballaşma şəraitində milli adət və ənənələrimizin kənar faktorların təsiri altında transformasiyaya uğrayıb.

“Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai Birliyinin Azərbaycanın bir sıra rayon və şəhərlərində apardıqları sorğularda yaşlı nəsil milli adət-ənənələrin unudulmaqda olduğunu əsas faktor kimi dəyərləndiriblər. Gənc nəslin nümayəndələri isə fərqli fikir sərgiləyirlər. Əldə edilən nəticəyə əsasən, milli adət-ənənələrlə bağlı yaşlı və gənc nəsil arasında güclü fikir ayrılığı yaranıb.

Azərbaycanın Xaçmaz, Quba Lənkəran və Masallı rayonlarında yaşayan yaşlılar toy adət-ənənələrinin köklü şəkildə dəyişdiyini söyləyirlər. Onlar deyir ki, indi gənclər toylarda ağsaqqal-ağbirçək xeyir-duası, məsləhət eşitmək istəmir. Bütün toy ancaq gənclərin ortaya düşüb oynaması ilə sona çatır.

Mövzuya aid hazırlanan video-sujetləri aşağıdakı linklərdən izləyə bilərsiniz!

 

https://www.youtube.com/watch?v=sdLpxlV05Bk&index=5&list=UUobI5NN3CnfbLiaTMWcNleg

 

https://www.youtube.com/watch?v=tRgxgTaVSxI&list=UUobI5NN3CnfbLiaTMWcNleg

 


23:55 04.12.2014