

Kobani döyüşləri zamanı öldürülən İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının döyüşçülərinin fotoları yayımlanıb.
Öldürülənlərin Türkiyə, Çeçenistan, Səudiyyə Ərəbistanı, Əfqanıstan, Britaniya və Almaniya vətəndaşı olduğu bildirilir.
Könüllü kürd döyüşçüləri tərəfindən paylaşılan şəkillərdə üç türk vətəndaşının şəxsiyyət vəsiqələri də əks etdirilir.