isaznow.com
Az Iw En Ru

Jurnalist Xədicə İsmayılova həbs olunub

Bu barədə bu gün Səbail Rayon Məhkəməsində qərar çıxarılıb. Məhkəmə prokurorluğun təqdimatı əsasında X.İsmayılovanın barəsində 2 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsinə dair qərar çıxarıb.

X.İsmayılova Cinayət Məcəlləsinin 125-ci (öldürmə həddinə çatdırma) maddəsi ilə təqsirləndirilir.

Qeyd edək ki, “Azadlıq” radiosunun Azərbaycan bölməsinin əməkdaşı X.İsmayılova bu gün Bakı Şəhər Prokurorluğuna çağırılıb. O, “Azadlıq” radiosunun və “Meydan TV”-nin keçmiş əməkdaşı Tural Mustafayevin intihara cəhd etməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə dindirilib.

Xatırladaq ki, oktyabrın 21-də Dənizkənarı Milli Parkda T.Mustafayev intihar etmək məqsədi ilə siçan dərmanı içib. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

 


03:05 06.12.2014