isaznow.com
Az Iw En Ru

ABŞ-ın müdafiə naziri vəzifəsinə yeni namizəd

ABŞ Prezidenti Barak Obama Eşton Karteri ölkənin müdafiə naziri vəzifəsinə irəli sürüb.

TASS agentliyinin verdiyi məlumata görə, E.Karter istefaya gedən Çak Heygeli əvəz etməlidir.

60 yaşlı E.Karter 2011-2013-cü illərdə Pentaqon rəhbərinin birinci müavini olub, son vaxtlar isə araşdırma təşkilatı olan "Amerika tərəqqisi naminə" Mərkəzdə çalışıb. O, 2009-2011-ci illərdə müdafiə nazirinin müavini olub və silah alışına görə cavabdehlik daşıyıb.

Əgər Senat onun namizədliyini təsdiq etsə, E.Karter B.Obama administrasiyasının hakimiyyətə gəlməsindən bəri Pentaqonun dördüncü rəhbəri olacaq.

 


03:32 06.12.2014