"Ermənistana məxsus vurulan helikopteri çəkən hərbçi cəzalandırılıb. Onunla da bağlı ciddi tədbirlər görülüb. Sadəcə olaraq elə məlumatlar olur ki, biz onu açıqlaya bilmirik. Bu cür məqamlar olub. Ona görə də bu məqamların diqqətlə qəbul olunmasını biz tərəfdən arzu edirik"
Bu sözləri Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib. AzadXeber.az-ın məlumatına görə, V.Dərgahlı bu gün dövlət nümayəndələri və kütləvi informasiya vasitələrinin təmsilçilərinin bir araya gələrək informasiya təhlükəsizliyi məsələsinin müzakirəsi zamanı millət vəkili Aqil Abbasın iradına cavab olaraq söyləyib.
Buna səbəb isə deputat Aqil Abbaslının helikopteri çəkənə cəza istəməsi olub.
07:55 06.12.2014