isaznow.com
Az Iw En Ru

Böyükşor gölünün tarixində ilk "qonaqları"

Böyükşor gölü tarixində ilk dəfə qu quşları, vəhşi qazlar və digər köçəri quşlar gölə gəliblər.

Kanal24.az Trend-ə istinadən xəbər verir ki, Böyükşor gölündə artıq bir sıra işlər görülüb su hövzəsi və gölün sahili müxtəlif tullantılardan təmizlənib.

Bu layihə Prezidentin 2014-cü il 17 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na və "Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında" Fərmanına uyğun olaraq həyata keçirilir.


02:13 07.12.2014