

Böyük Britaniyada qadın hərbçilərə ilk dəfə olaraq ön cəbhədə xidmət etməyə icazə verilə bilər.
RİA Novosti-nin verdiyi məlumata görə, Böyük Britaniyanın Müdafiə Nazirliyi hərbi hissələrdə xidmət edən qadınlar üçün mövcud məhdudiyyəti yenidən nəzərdən keçirmək niyyətindədir.
Məlumata görə, bu ilin sonuna qadın hərbçilərin ön cəbhədə xidmət etməsinə icazə verilə bilər. Lakin hesab edilir ki, məhdud sayda qadın bu hüquqdan istifadə edəcək və sınaqdan keçə biləcək.