

Dekabrın 6-da saat 01 radələrində Ucar rayonunun Qazıqumlaq kəndində kənd sakini Çingiz Qədirov idarə etdiyi “BMW” markalı avtomobili yol ayırıcısına vurmuş və nəticədə avtomobildə yanğın baş verib.
Kanal24.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, sürücü və sərnişinləri Vasif Kərimov və Tapdıq Qədirov hadisə yerində ölüblər.